İranda terror qruplaşmasının üzvü edam edilib


19:44     26 Dekabr 2020 20_12_26_1608994730.jpg

İranda terror qruplaşmasının əsas üzvlərindən olan Əbdülhəmid Mirbəluçzi edam olunub.

Femida.az -ın məlumatına görə, edam olunan şəxs SEPAH üzvlərini öldürməkdə və digər cinayətlərdə ittiham olunur.

Belə ki, o, 2015-ci ildə Sistan və Bəluçistan əyalətinin Kuh Beyrək bölgəsində iki Sepah üzvinə hücum edərək odlu silahla onları öldürüb.

Hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, bu gün zindanda edam olunub.

Açar sözlər:

Oxunub: 426