İraqda bayram günlərində terror aktı planlaşdıran ekstremist həbs edildi


20:50     26 Dekabr 2020 20_12_26_1608997880.jpg

İraqda Yeni il bayramı günlərində Bağdadda terror aktı təşkil etməyi planlaşdıran ekstremist həbs olunub.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyinə istinadən “Al Sumaria” bildirib.

"Salah-ed-Din və Diyala əyalətlərində kəşfiyyat əməliyyatları nəticəsində terror özəyinin zərərsizləşdirilməsinə və dörd nəfərin, o cümlədən Yeni il bayramları zamanı özünü Bağdadda partlatmağı planlaşdıran terrorçu kamikadzenin həbs edilməsinə nail olunub", - agentliyin açıqlamasında deyilir.

Şübhəli şəxslər etiraf ediblər ki, onlar Milad və Yeni il zamanı Bağdadda vəziyyətin sabitliyini pozmaq barədə təlimat alıblar.

Açar sözlər:

Oxunub: 372