Kürdəmirdə “KAMAZ”la" VAZ-2107" toqquşub, 2 nəfər hadisə yerində ölüb


10:52     27 Dekabr 2020 20_12_27_1609050501.jpg

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə rayonun H.Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Beləki “KAMAZ” markalı yük maşınının sürücüsü Kürdəmir rayon sakini 42 yaşlı Cavadov Xaliq Durmuş oğlu həmin körpüdə hərəkətdə olarkən, onunla əks istiqamətdə hərəkət edən sürücü 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla toqquşub. Nəticədə sürücü Quliyev Ərzuman və onun sərnişini 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.



Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 392