Daha bir vəkil virusun qurbanı oldu


13:19     27 Dekabr 2020 2020/12/854c3-1609060347_1609060917.jpg

Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 infeksiyasından vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

“Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - Kollegiyanın "Facebook" səhifəsində paylaşım edilib.

Qeyd edək ki, son bir ayda Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.


Femida.az

Açar sözlər: Vəkil   Koronavirus    

Oxunub: 426