Türkiyədə qar uçqunu altında qalan əsgərlərdən biri ölüb


13:57     27 Dekabr 2020 2020/12/1609059569119_6d0cw4Ij_1609063210.jpeg

Türkiyədə Hakkarinin Semdinli rayonunda qar uçqununda bir əsgər şəhid olub.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolu bağlanıb.

Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçqun altında qalıb. Onları xilas edib, xəstəxanaya çatdırıblar. Həkimlərin cəhdlərinə baxmayaraq əsgərlərdən biri ölüb.

Femida.az

Açar sözlər: Əsgər   Türkiyə    

Oxunub: 341