ABŞ-da bir gündə 1 663 nəfər virusdan ölüb


18:09     27 Dekabr 2020 20_12_27_1609078203.jpg

ABŞ-da bir gündə 1 663 nəfər virusdan ölüb
ABŞ-da son gündə 226 274 nəfər yeni növ koronavirusa yoluxub.

Bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində ABŞ-da 1 663 koronavirus xəstəsi ölüb.

Ümumilikdə pandemiyanın başlanğıcından bəri ABŞ-da 18,9 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 331 mindən çox insan COVID-19 -un qurbanı olub.

Açar sözlər:

Oxunub: 304