Şəhid və yaralı hərbçilər üçün 18 milyon manatdan çox ödəniş edilib
11:05 28 Dekabr 2020
Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi operativ şəkildə davam edir.
Assosiasiyadan Femida.az-a verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 44 gün davam edən və rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbiçilərimizə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.
Bu günə qədər 3 milyon 235 min 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.
Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Şirkətdən verilən məlumata görə bu günədək 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4 119 nəfər hərbiçimizə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 milyon 109 min 850 manat təşkil edir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, Mərkəzi Bankın nəzarəti ilə proses hazırda davam etməkdədir.
Femida.az
Oxunub: 456
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO