Ailələri Dilqəm və Şahbazın evə qayıtmasını gözləyir


15:54     28 Dekabr 2020 2020/12/D8823542-644F-4B09-B07E-1F3390BF6683_1609156588.jpeg

“Atamın vəziyyəti yaxşıdır. Hər hansısa problemi yoxdur. Yaxın günlərdə evə geri dönəcəyinə ümid edirik”.

Femida.az xəbər verir ki, buni AzVİsion.az-a girovluqdan azad olunan Dilqəm Əsgərovun oğlu Kürdüoğlu Əsgərov deyib.

O, atası ilə telefon əlaqəsi saxladığını bildirib.

“Arada əlaqə yaradır. Səhhətinin yaxşı olduğunu və ondan narahat olmamağımızı deyir. Evə nə zaman dönəcəyi ilə bağlı bizə məlumat verilməyib. Ümid edirik ki, yaxın günlərdə gələcək. Atamın ümumi vəziyyəti yaxşıdır. Hər hansısa bir problemi yoxdur”.

Girovluqdan azad olunan digər vətəndaşımız Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşı ilə dekabrın 16-da danışdığını söyləyib.

“Telefonla danışdıq, vəziyyətinin yaxşı olduğunu, yaxın günlərdə geri dönəcəyini dedi. Anamızı soruşdu, ailəsi ilə maraqlandı. Bu gün karantin müddəti başa çatır. Ancaq dəqiq nə zaman geri dönəcəyini bilmirik. Yaxın günlərdə evə qayıdacağını gözləyirik”.

Qeyd edək ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 513