Karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı


16:16     28 Dekabr 2020 2019/08/salon_1564902972.jpg

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin qaydalarını pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan 4 işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 437