Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub


21:06     28 Dekabr 2020 20_12_28_1609175272.jpg

Dekabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Açar sözlər:

Oxunub: 361