Yanan binada xəsarət alanlardan xəbər var


22:51     25 May 2015 1394095250_sehiyye_nazirliyi1%20(1).jpg

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğında xəsarət alan vətəndaşların səhhəti ilə bağlı məlumat yayıb.


Nazirlikdən verilən xəbərə görə, yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər.

Onlardan 3-ü azyaşlı, 6-sı qadın və bir nəfəri kişidir: "Müalicə olunanların hər biri Səhiyyə Nazirliyinin rəhbərliyinin daim nəzarəti altındadırlar. Xəsarət alanları nazirliyin səlahiyyətli şəxsləri vaxtaşırı ziyarət edir, onların səhhəti, müalicənin gedişatı ilə şəxsən yaxından tanış olurlar. Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar və heç bir həyati təhlükələri yoxdur".

Açar sözlər:

Oxunub: 651