Bakıda qadının bank hesabından pul oğurlanıb


15:54     29 Dekabr 2020 2020/12/7ae5a240-75c7-3067-9125-d78e26fe86c0_850_1609240925.jpg

Bakıda qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Abbasovanın bank hesabından 712 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Rəhimov saxlanılıb, daha bir şəxs isə müəyyən edilib.

Açar sözlər:

Oxunub: 353