Evdən gedib qayıtmayan kişi axtarılır - FOTO


21:42     29 Dekabr 2020 2020/12/38EC6D42-07FC-471F-9430-DB83C24442DC_1609263902.png

İtkin düşən 41 yaşlı Sumqayıt sakini axtarılır.

DİN mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Sumqayıt şəhərində yaşayan 41 yaşlı Xanəli Əmirov dekabrın 18-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun boyu 170 sm, saçı qara, gözlərinin rəngi isə qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt şəhər Polis İdarəsinə (018) 65-4-02-02 şəhər və (055) 970-20-70 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 465