Prezident şəhid analarına Azərbaycan vətəndaşlığı verdi - SƏRƏNCAM


12:08     30 Dekabr 2020 20_12_30_1609315861.jpg


Prezident İlham Əliyev bir qrup şəhidin anasına Azərbaycan vətəndaşlığı verilib.

Femida.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

Həmin şəxslər aşağıdakılardır:

2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevna.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin ruhuna dərin ehtiramımızı bildiririk. Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: #prezident   #sərəncam   #şəhid   #ana  

Oxunub: 639