Dilqəm Əsgərov 6 ildən sonra evindədir - FOTO


14:02     30 Dekabr 2020 2020/12/13447-1609319641_3218649260.jpg

Girovluqdan azad edilərək Vətənə gətirilən Dilqəm Əsgərov artıq evindədir.

Femida.az xəbər verir ki, D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının evdə çəkilmiş fotosunu paylaşıb.

Qeyd edək ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Cari il dekabrın 14-də Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşublar.



Femida.az

Açar sözlər: #Dilqəm   #əsir   #girov  

Oxunub: 450