Qarabağdan bu qədər erməni cəsədi çıxarıldı RƏQƏMLƏR


18:07     30 Dekabr 2020 20_12_30_1609337339.jpg

29 dekabrda Dağlıq Qarabağda aparılan axtarış əməliyyatları zamanı daha 22 erməni hərbçinin cəsədi tapılıb.

Femida.az z xəbər verir ki, bunu erməni rəsmi Hunan Tadevosyan bildirib.

Onun sözlərinə görə, axtarış işləri bu gün də davam edib, lakin Azərbaycan tərəfi yalnız bir axtarış qrupunun işləməsinə icazə verib. Hazırda Füzuli rayonunda işlər davam etdirilir.

Erməni xilasedicilər bayram günlərində də işləyəcək, amma hər şey Bakının mövqeyindən asılıdır.

Qeyd edək ki, axtarış işləri Qırmızı Xaç və Rusiya sülhməramlı korpusunun vasitəçiliyi ilə həyata keçirilir. 13 noyabrdan bəri Qarabağda 1133 nəfərin cəsədinin qalıqları toplanıb.

Açar sözlər:

Oxunub: 243