Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
19:10 30 Dekabr 2020
8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
"Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Oxunub: 470
Oxşar xəbərlər
- Şagirdlərin könüllü şəkildə məktəbə göndərilməsi tələbi ləğv edilib
- Şagirdlərin qiymətləndirilməsinə başlanılıb
- Şagirdlərin elektron yerdəyişməsi başlayır
- Şagirdlərin elektron yerdəyişməsi davam edir
- Şagirdlərin elektron yerdəyişməsi davam edir
- Şagirdlərin elektron yerdəyişməsi başlayıb
- Şagirdlərin yerdəyişməsinə başlanılır
- Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
- Şagirdlərin yerdəyişməsi dayandırılır
- Şagirdlərin biliyi yeni qaydalarla qiymətləndiriləcək