Türkiyədə genişmiqyaslı əməliyyat - 68 ölü


19:11     19 Dekabr 2015 1449845910_1449836085.jpg


Türkiyədə PKK terrorçularına qarşı başladılan əməliyyatlar zamanı məhv edilən terrorçuların sayı açıqlanıb.

Femida.az xəbər verir ki, Diyarbəkir, Hakkari və Şırnak vilayətlərində keçirilən genişmiqyaslı əməliyyatlarda təşkilata böyük zərbə vurulub.

Qazdıqları xəndəklərlə məhəllələri yaşanmaz hala gətirməyə çalışan terror təşkilatı üzvlərinə qarşı artıq 4 gündür əməliyyatlar davam edir.

Bu 4 gündə baş vermiş qarşıdurmalar nəticəsində Cizrədə 62, Silopidə 6 olmaqla cəmi 68 terrorçu öldürülüb. 7 terrorçu isə Cizrədə sağ olaraq ələ keçirilib.

Əməliyyatlar zamanı 14 əsgər və 8 polis olmaqla cəmi 22 nəfər yaralanıb. 1 hüquq mühafizə orqanı əməkdaşının həlak olduğu əməliyyatlar zamanı 3 mülki vətəndaş yaralanıb.

Açar sözlər:

Oxunub: 1219