Gürcüstan hərbi dronların istehsalına başlaya bilər


21:52     30 Dekabr 2020 20_12_30_1609346041.jpg

Gürcüstanda

hərbi dronların istehsalına başlanıla bilər.

Femida.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, “Delta” elmi-hərbi mərkəzin nəzdində olan Tbilisi aviasiya zavodunun potensialından istifadə etməmək sadəcə günahdır: “Məhz həmin zavod və orada çalışan insanların sayəsində dronların istehsalına başlamaq mümkündür”.

İ.Qaribaşvili aviazavodun ən yüksək texnologiyalı müəssisələrdən biri olduğunu qeyd edib: “Bazarda rəqabət böyük deyil, belə ki, bu gün uçuş aparatlarını dünyanın 20 ölkəsi istehsal edir”.

Açar sözlər:

Oxunub: 534