Cahangir Hacıyev təcridxanaya köçürüləcək


18:43     19 Dekabr 2015 34811.jpg

Barəsində həbs-qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev bu gün 1 saylı İstintaq Təcridxanasına köçürüləcək.


Bu barədə Femida.az-a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

C.Hacıyev hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılır.

Xatırladaq ki, A.Layicov mətbuata açıqlamasında C.Hacıyevin BMCMİ-də saxlanılmasının qanunsuz olduğunu və bu səbəbdən də məhkəməyə müraciət etdiklərini deyib.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 1068