Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib
13:40 31 Dekabr 2020
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edilib.
Femida.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb.
Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!".
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib
- Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
- Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
- Mehriban Əliyeva Ağalı kəndindən fotolar paylaşıb
- Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindən fotolar paylaşıb
- Mehriban Əliyeva Zəngilan səfərindən görüntü paylaşıb
- Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO
- Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı paylaşım