Əfqanıstanda həlak olanların ailəsinə verilən təqaüddə 200 manatlıq artım


16:36     31 Dekabr 2020 2020/12/93145166-C492-4E87-80C6-A71B2CA46761_1609418352.jpeg

Azərbaycan Prezidenti İlham Əliyev “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanında dəyişiklik edib.

Femida.az xəbər verir ki, bu şəxslərə verilən Prezident təqaüdü 300 manatdan 500 manata qaldırılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Femida.az

Açar sözlər:

Oxunub: 354