Azərbaycan əsilli məşhur aktyor Fransada vəfat edib


19:33     31 Dekabr 2020 20_12_31_1609426138.jpg

Məşhur fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn 93 yaşında vəfat edib.

Femida.az bildirir ki, bu barədə Fransa mətbuatı xəbər yayıb.

Azərbaycan əsilli olduğu bildirilən aktyor bu gün koronavirusdan dünyasını dəyişib.

ƏTRAFLI
OPTIMAL-BOSCH
Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Aktyor vaxtilə Bakıda da səfərdə olub.

O, 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb. Robert Hossein “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.

Açar sözlər:

Oxunub: 499