Prezidentlərin görüşü başladı - FOTOLAR


18:53     19 Dekabr 2015 ff5bee9857f08aaf947f95deeb768e849.jpg

İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.


Femida.az xəbər verir ki, görüşdən sonra birgə foto çəkdirilib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.

****

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın İsveçrənin paytaxtı Berndə görüşü başlayıb.

Femida.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxılacaq.

Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.

Qeyd edək ki, Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub.



Açar sözlər:

Oxunub: 1275