Salyan rayonunda su kanalında meyit aşkar edilib


21:26     31 Dekabr 2020 20_12_31_1609435658.jpg

Salyan rayonundakı su kanalında 1 nəfərin meyiti aşkar edilib.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Salyan rayonunun Qarabağlı kəndində su kanalında aşkar edilmiş 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1970-ci il təvəllüdlü Xəlilov Elçin Yadulla oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Açar sözlər:

Oxunub: 428