MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub


10:52     01 Yanvar 2021 MSK23.jpg

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 21 milyon 291 min 868 manat ayrılıb.

Femida.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında əksini tapıb.

Bu vəsaitin 5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi, 12 milyon 265 min 906 manatı dairə seçki komissiyalarının saxlanılmasına xərclənəcək.

MSK-nın saxlanılması üçün isə dövlət büdcəsində 3 milyon 774 min 807 manat nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 445