Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - AÇIQLAMA
12:12 01 Yanvar 2021
"COVID-19" pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində dekabrın 14-dən yanvarın 18-dək yenidən sərt karantin rejimi tətbiq olunur. Operativ Qərargahın son brifinqində rayonlara gediş-gəlişin də məhdudlaşdırılmasına dair qərarın qəbul olunduğu açıqlanıb. Yanvarın 18-dən sonra yaxın zamanlarda rayonlara gediş-gəliş bərpa edilə bilərmi?
Femida.az "sonxeber.az"-a istinadən xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov danışıb:
"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yanvarın 18-nə kimi məhdudlaşdırıcı sərt karantin rejimi tətbiq olunub. Bununla da bəzi şəhər və rayonlarımıza gediş-gəliş bağlanıb. Yanvarın 18-nə kimi olan statistik göstəricilərdə yoluxanların sayı ilə sağalanların sayında normallaşma müşahidə olunarsa, bundan sonrakı mərhələdə Operativ Qərargah mövzuyla bağlı yeni qərarını açıqlayacaq.
Düşünürəm ki, vəziyyət normallaşsa və yoluxma sayı getdikcə azalsa, 18-dən sonra gediş-gəliş bərpa oluna bilər".
Oxunub: 555
Oxşar xəbərlər
- Rayonlara dolu yağıb
- Rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
- Rayonlara avtobusla gediş-gəliş bərpa olunur
- Rayonlara qar yağacaq - PROQNOZ
- Rayonlara gediş-gəliş bərpa olundu
- Rayonlara gediş-gəliş açılmayacaq
- Rayonlara gediş-gəlişin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
- Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
- Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
- Rayonlara gediş-gəlişlə bağlı qərar verildi