Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başladı
15:59 01 Yanvar 2021
İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az-a verilən məlumata görə, stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.
Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb.
Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.
Femida.az
Oxunub: 519
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarılıb
- Şuşada BMT-Azərbaycan tərəfdaşlığının ildönümü ilə bağlı konfrans başa çatıb
- Şuşada şəhid olan əsgər İkinci Fəxri xiyabanda dəfn olunacaq
- Şuşaya getmək istəyənlərin nəzərinə - VİDEO
- Şuşada iki nəfər minaya düşərək ölüb
- Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycana nə verəcək?
- Şuşadakı terror hücumu Rusiya sülhməramlılarının laqeydliyinin nəticəsidir