İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb
17:50 01 Yanvar 2021
"İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər".
Femida.az-ın xəbərinə görə, ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə özünün "Facebook" hesabında məlumat verib.
Nazir qeyd edib ki, stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib: "Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb. Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir".
Femida.az
Oxunub: 420
Oxşar xəbərlər
- İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb
- İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək
- İşğaldan azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 47 mina aşkarlandı
- İşğaldan azad olunan Tuğ kəndində narkotik bitkilər aşkarlandı
- İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşları artırıldı
- İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
- İşğaldan azad edilmiş ərazilərdə əkin həyata keçirilir
- İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub