Ərdoğan İlham Əliyevi və digər həmkarlarını təbrik etdi


09:00     02 Yanvar 2021 ilham_aliyev_erdogan_1501157.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısı Ersin Tatara telefonla zəng edib.

Bu barədə Femida.az "Haber Global"a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, dövlət başçıları bir-birlərini Yeni il münasibətilə təbrik ediblər. Telefon danışıqlarında yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmi vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 405