Bir ildə 11,4 min ədəd mina zərərizləşdirilib
09:51 02 Yanvar 2021
Yola saldığımız 2020-ci il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 7 622 217 m² (762 ha) ərazi yoxlanılmış, 5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan Femida.az -a bildirilib ki, 2020-ci il ərzində agentliyə daxil olmuş 2 560 siqnal (əməliyyat çağırışı) əsasında 2 055 operativ və təxirəsalınmaz əməliyyat keçirilib. Nəticədə Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 1 607 720 m² (161 ha) ərazi təmizlənib, 3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 m² (54 885 ha) ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina/PHS hadisəsi qeydə alınıb, nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub.
Femida.az
Oxunub: 400
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb