İtkin düşən hərbçimizin nəşi tapıldı
13:50 02 Yanvar 2021
Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.
Femida.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır.
Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Fərid Teymurov 1999-cu il noyabr ayının 2-si Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub. Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. 3 aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay idi.
Allah rəhmət eləsin!
Oxunub: 540
Oxşar xəbərlər
- İtkin düşdüyü bildirilən şəxsin polis tərəfindən saxlanıldığı məlum olub
- İtkin hərbçinin nəşinin tapılması faktı ilə bağlı dəqiqləşdirmələr aparılır
- İtkin düşən hərbçimizin tapılması ilə bağlı rəsmi məlumat
- İtkin düşmüş Ağdam sakininin minaya düşdüyü məlum olub
- İtkin düşən 23 yaşlı qız Bakıda tapıldı
- İtkin düşən daha iki hərbçimizin nəşi tapıldı
- İtkin düşən daha bir əsgərin nəşi tapıldı - FOTO
- İtkin düşən hərbi qulluqçuların basdırıldığı yerlər müəyyən edilir
- İtkin düşən daha bir hərbi qulluqçumuzun nəşi tapılıb
- İtkin düşən gənc qız tapılıb