Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var


15:12     02 Yanvar 2021 21_01_02_1609581438.jpg

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə yanvarın 1-də saat 4 radələrində Daşkəsən şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini S.Alıyev idarə etdiyi “Qazel” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 464