Avtomobil hasara çırpıldı, ölən və yaralanan var


15:22     02 Yanvar 2021 21_01_02_1609581614.jpg

Sabirabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.

Nəticədə sürücü və sərnişini, İmişli rayon sakini Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 449