Miqrantların sayı ilə bağlı ŞOK PROQNOZ


20:41     19 Dekabr 2015 miqrantlar.jpg

Bu il miqrantların sayı 250 milyon nəfərə çata bilər.


Femida.az BBC-yə istinadən xəbər verir ki, bu proqnozla Dünya Bankının ekspertləri çıxış ediblər.

Təşkilatın yaydığı məlumata görə, 2015-ci il ərzində miqrantlar öz vətənlərində olan yaxınlarına 600 milyard dollardan çox pul göndəriblər.

Bu pulların əksəriyyəti isə ABŞ-da qazanılıb. Miqrantların pul qazandıqları Səudiyyə Ərəbistanı və Rusiya müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşür.

Məlumatda bildirilir ki, miqrantların dolanışıq üçün ən çox üz tutduğu ölkələrdən biri də Hindistandır.

Miqrantların əksəriyyəti isə Meksikadan ABŞ-a üz tutanlardır. Bu isə 13 milyon insan deməkdir.

Açar sözlər:

Oxunub: 905