Teymur Rəcəbov finalda ermənini məğlub etdi


22:41     02 Yanvar 2021 21_01_02_1609612942.jpg


Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn formatda təşkil olunan “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçını keçirib. Təmsilçimiz ermənistanlı rəqibi Levon Aronyanla üz-üzə gəlib.

Femida.az xəbər verir ki, ilk üç partiyanı heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibinə qalib gəlib. (2,5:1,5).

Tərəflər arasında son görüş sabah keçiriləcək.

Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 529