Salyanda sahibsiz itlər 10 baş xırdabuynuzlu heyvanı parçaladı


12:55     03 Yanvar 2021 21_01_03_1609660886.jpg

Salyan rayonunda sahibsiz itlər şəxsi təsərrüfata hücum edərək qoyun-quzunu parçalayıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Yenikənd kəndində baş verib.

Kənd sakini Nəhmədov Əli Rəhman oğluna məxsus 10 baş xırdabuynuzlu heyvan həyətyanı sahəyə məxsus yoncalıqda otlayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. İtlər 3 baş qoyunu öldürüb, 7 baş qoyunu isə yaralayıb.

Hadisə yerinə gələn Salyan rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən qoyunlara quduzluğa qarşı vaksin vurulub və digər profilaktik tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 479