20 nəfər əlilə təkərli oturacaqlar verildi
13:43 03 Yanvar 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib.
Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.
Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.
Femida.az
Oxunub: 564
Oxşar xəbərlər
- ƏƏSMN tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydası təsdiqlənib
- ƏƏSMN daha kimlərin müavinətlərinin artırıldığına aydınlıq gətirib - SİYAHI
- Yeni ildən 2 milyondan çox insanın sosial ödənişlərı artacaq
- Övladını tək böyüdən qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq
- DSMF-nin gəlirləri 208 milyon manat artıb
- ƏƏSMN: 156 işəgötürən inzibati xəta hallarına yol verib
- ƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır
- ƏƏSMN: Əlavə məbləğ təqaüdlərlə birləşdirilməklə veriləcək
- ƏƏSMN-nin Vətən Müharibəsində iştirak edən əməkdaşları geri qayıdıblar
- ƏƏSMN-in əməkdaşları təltif edildi - SİYAHI