Polşa prezidenti İlham Əliyevə başsağlığı verib


01:16     26 May 2015 65140.jpg

Polşa prezidenti Bronislav Komorovski Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.


Femida.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Bakıda yaşayış binasında baş vermiş yanğının faciəvi nəticələri barədə məlumat məni sarsıtdı. Polyak xalqı adından və şəxsən öz adımdan Sizə və bu faciədə zərər çəkmiş şəxslərə dərin kədərimi bildirirəm.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciədə yaralananlara isə şəfa diləyirəm”.

Açar sözlər:

Oxunub: 1118