Güclü duman səbəbindən son 3 gündə Bakıdan Naxçıvana aviareyslər təxirə salınıb
19:12 04 Yanvar 2021
Naxçıvan aeroportunda güclü duman olması səbəbindən son 3 gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareysləri həyata keçirmək mümkün olmayıb.
Bunu Femida.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
P. Kəsəmənski deyib ki, hava şəraiti normallaşdıqdan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys bərpa olunacaq: “Bu halda AZAL bir gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınan bütün aviareysləri yerinə yetirəcək”.
Qeyd edək ki, son 3 gündə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 3 aviareys təxirə salınıb.
Oxunub: 605
Oxşar xəbərlər
- Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü geomaqnit qasırğası gözlənilir
- Güclü külək Cəlilabadda ağacların bir qismini yolun hərəkət hissəsinə aşırıb
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq
- Güclü külək əsəcək
- Güclü külək əsəcək, intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
- Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama
- Güclü külək Bakıda 11 məktəbə ziyan vurub