Şəmkirdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var


09:43     05 Yanvar 2021 21_01_04_1609786844.jpg

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını ilə “VAZ 2106” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2106”nın sürücüsü, 30 yaşlı Piriverdiyev Təbriz və onun sərnişini 37 yaşlı İsmayılova Mətanət xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 450