Bakı-Sumqayıt yolunda minik avtomobili ilə UAZ toqquşub, ölən var - VİDEO


11:12     05 Yanvar 2021 21_01_05_1609828006.jpg

Bakı- Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub. Nəticədə yük maşını aşıb.

İlkin məlumata görə, hadisə zamanı minik avtomobilində olan iki qardaşdan biri ölüb, biri xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.



Açar sözlər:

Oxunub: 660