Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb
11:31 05 Yanvar 2021
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.az-A verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 482
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb