İran Süleymaninin ölümünə görə 48 nəfəri İnterpola verdi


13:10     05 Yanvar 2021 2021/01/suley-1609835711_1609839398.jpg


İran general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar 48 nəfərin tutulması üçün İnterpola sorğu göndərib.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn Esmail bildirib.

Onun sözlərinə görə, İran generalın qətlində 48 nəfərin iştirakını müəyyən etməyi bacarıb. Onların arasında, Pentaqon və bölgədəki ABŞ qüvvələrinin komandanlığı da daxil olmaqla, amerikalı rəsmilər var.

Bununla belə, məhkəmə rəsmisi əsas rolu Prezident Donald Trampın oynadığını deyib.
"Onların hər birinin kimliyini müəyyənləşdirə bildik. Hansı rolu oynadıqlarından asılı olmayaraq, İnterpola "qırmızı bildiriş” göndərildi”, - deyə Esmail bildirib.

Qeyd edək ki, ötən il 3 yanvar tarixində ABŞ-ın hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri komandanı general Qasim Süleymani və bir neçə nəfər öldürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 483