Narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb
13:40 05 Yanvar 2021

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Orxan Ərəbov idarə etdiyi naqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən şəxsi baxış zamanı nəqliyyat vasitəsindən bir ədəd kağız bükümdə olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. O.Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan E.Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 28 ədəd “Tramadol” həbləri və sellofan torbada təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 240
Oxşar xəbərlər
- Bakı sakinlərindən 14 kq narkotik götürülüb
- Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- DİN əməliyyat keçirib, 22 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb
- “Tik-Tok”da narkotiki təbliğ edən şəxs həbs edildi
- 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- Bakı sakini 5 kq narkotiklə tutuldu
- “Eliş” 300 minlik marixuana ilə saxlanıldı
- Keçmiş məhkumdan narkotik götürülüb
- Ötən il 1,8 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb