"Bizə işgəncə verən zaman deyirdilər niyə qışqırmırsınız? Ağrımır?"


14:25     05 Yanvar 2021 21_01_05_1609844029.jpg

“Bizə işgəncələr verirdilər, qeyri-insani münasibət göstərirdilər. Deyirdilər ki, biz deyəcəyik, sən təkrarlayacaqsan. Bəli, mən onların dediyini təkrarlayırdım, ancaq özlərinə qarşı. Mənə çox işgəncələr veridilər ki, niyə bizdən qorxmursunuz?”.

Bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.

“Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Bizə işgəncə verən zaman deyirdilər niyə qışqırmırsınız? Ağrımır? Erməni mənə sual verirdi ki, sizə iynə vururlar belə olursunuz? Soruşdum ki, necə? Dedi ki, öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub üstümə gəlirdi. Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev bizi orada qoymayacaq", - o əlavə edib.

“Bizə xəstəxanada ancaq su verirdilər, yemək vermirdilər. Elə olurdu ki, 3 gün bizi ac saxlayırdılar. Mənə həbsxanada da işgəncə verdilər. Onlara heç nə edə bilmirdim, ancaq sözümlə təsir edirdim. Mən onlara dedim ki, dustağın yeməyini oğurlayıb evinizə aparırsınız. Ermənilərə dedim ki, Azərbaycan Ordusunda əsgərin nəyinəsə dəymək mümkün deyil. Mənə dedilər ki, sən nə qədər maaş alırsan. Biri gəldi ki, bəs kapitan nə qədər maaş alır? Dedim ki, 1200 dollar. Bunu eşidən zaman sualı verən pərt olub getdi.

Onlar mənə işgəncə verirdilər. Yarama barmaq soxurdular ki, dediyimizi təkrarla. Təkrar etmədikcə, yarama daha da ziyan vururdular. İstəyirdilər ki, daxili orqanlarıma nəsə etsinlər. Mənə dedilər ki, biz dediyimizi de. İstəyirsən, o birini gözünü də çıxarım? Mən dedim ki, dayanma. Tibb bacıları da bilərəkdən iynəni bir damara 15-20 dəfə salıb-çıxarırdı. O qədər spirti dərimizin altına vurmuşdular ki, qolumuz qapqara idi”, - o bildirib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 494