Ermənilər 1992-93-cü illərdə 872 nəfəri əsir və girov götürüb


15:01     05 Yanvar 2021 21_01_05_1609844530.jpg


“Bizdə olan məlumata görə, ermənilər tərəfindən 1992-93-cü illərdə 872 nəfər əsir və girov götürülüb”.

Bunu Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyatı qurumlarına müraciət edilib. Ancaq onlar bunu təsdiq etməyiblər”, - o bildirib.

Qeyd edək ki, dekabrın 28-də 1 mülki şəxs və 1 hərbçi Azərbaycana qaytarılıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 391