2 100-dən çox şəhid ailəsinə müavinət təyin edilib
15:54 05 Yanvar 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərindən artıq 900-dək şəhidin 2 100-dən çox ailə üzvünə müvafiq sosial ödənişlərin təyinatını aparıb və proses davam edir.
Nazirlikdən "Report"a verilən məlumata görə, bu sosial ödənişlərdən biri də Prezidentin aylıq təqaüdüdür.
Prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti əyani təzahürü olaraq, həmin təqaüdün məbləği yanvarın 1-dən 66,7 % artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Şəhid ailələri bu təqaüdlə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.
Təqaüd, pensiya və müavinətlər heç bir müraciət olunmadan, elektron qaydada həyata keçirilir və aparılmış təyinatlar barədə şəhid ailələrinə məlumatlar verilir. Eyni zamanda Nazirlik əməkdaşları tərəfindən şəhid ailələri ilə mütəmadi görüşlər davam edir və təqaüdü almaq üçün bank kartları bir çox şəhid ailələrinə elə bu görüşlər zamanı öz ünvanlarında təqdim edilib.
Femida.az
Oxunub: 268
Oxşar xəbərlər
- 2020-ci ildə Azərbaycana nə qədər əcnəbi gəlib? - Statistika
- 28 əsgərini ölümdən xilas edən şəhid mayor - Sübhi Mürsəliyev
- 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib
- 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
- 20 nəfər əlilə təkərli oturacaqlar verildi
- 2021-ci il yanvarın 1-dən “WhatsApp” bu telefonlarda işləməyəcək - VİDEO
- 2021-ci ilin bu günlərində ictimai nəqliyyat işləməyəcək
- 2284 yeni yoluxma - 4392 nəfər sağaldı
- 2021-ci ildə Xankəndində icbari tibbi sığorta tətbiq ediləcək
- 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır