Avropa İttifaqı hər il milyardlarla avro itirir


22:53     19 Dekabr 2015 14505255625561034542_1000x669.jpeg

“Kölgə iqtisadiyyatı” ucbatından Avropa İttifaqı hər il 454 milyard avro gəlirdən məhrum olur. Bu isə ittifaqın ümumi vergi daxilolmalarının 8,6 faizi deməkdir.


Femida.az Vergilər.az saytına istinadla xəbər verir ki, İ.Keplera adına Linssk Universitetinin professoru Fridrix Şnayderin tədqiqatlarına əsasən, bu göstərici ölkələr arasında fərqlənir. Avstriyada “kölgə iqtisadiyyatı”nın həcmi 4,5 faizdirsə, Bolqarıstanda bu göstərici 18,8 faizə qədər artır.

Bundan əvvəl isə Avropa Komissiyasının hesabatında bildirilib ki, 2013-cü ildə ittifaq ölkələrində vergilərin yığılmaması səbəbindən, yalnız ƏDV üzrə itkilərin həcmi 168 milyard avro təşkil edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatına görə, inkişaf etməkdə olan ölkələrdə “kölgə iqtisadiyyatı”nın miqyası daha böyükdür və bir sıra hallarda iş yerlərinin yarısından çoxu məhz qeyri-leqal sektorun payına düşür.

Açar sözlər:

Oxunub: 893