Azərbaycanda akiv koronavirus xəstə sayı 20 mindən aşağı düşdü


16:39     05 Yanvar 2021 2020/03/koronavirus_1585572132.jpg

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir.

Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 424